Viral Marketinq məhsul və ya xidmət haqqında mesajın ağızdan-ağıza (mouth to mouth marketing) ötürülməsi metoduna əsaslanan marketinq texnikasıdır. Hal-hazırda öz popularlığını qoruyan bu texnikasının əsas məqsədi istənilən bir kampaniyanı tez və geniş şəkildə insanlara çatdırmaqdır. Viral marketinqdə uğur qazanmaq üçün bilməli olduqlarınız bunlardır:
Viral Marketinq auditoriyanın diqqətini çəkmək.
İnsanlar gün ərzində müxtəlif sosial şəbəkələrdə öz maraq dairələrinə uyğun olaraq yüzlərlə kontentlə əhatə olunur. Onların diqqətini çəkmək üçün daha maraqlı, gülməli, cəsarətli və ya heyrətləndirici kontentin yaradılması zəruridir. Məsələn, vizual bir elementin yerləşdirilməsi həmişə diqqət cəlb etməyi bacaran marketinq texnikalarından biri olmuşdur. Son dövrlərdə aparılan araşdırmalara əsasən müəyyən olunmuşdur ki, videolar daha yadda qalan və beləliklə, viral olma ehtimalı daha çox olan marketinq vasitəsidir.
Hədəf kütləsinin və kommunikasiya kanallarının düzgün seçilməsi.
Kontent nə qədər əyləncəli olsa da, düzgün auditoriyaya düzgün mesajın çatdırılması olduqca vacibdir. Kanal düzgün seçilmədikdə isə, ümumiyyətlə, hədəf auditoriyasına hər hansı bir mesajın çatdırılması mümkün deyil. Məsələn, əgər məqsəd brendin öz işçiləri üçün necə rahat mühit yaratdığını çatdırmaq və savadlı kadr cəlb etməkdirsə, o zaman mesajın insanlara LinkedIn şəbəkəsində çatdırılması məqsədəuyğundur.
Viral Marketinq emosiyalara toxunmaq.
Yaradılan marketinq kontentinin viral olması üçün həmin kontent mütləq insanların emosiyalarına toxunmalıdır. Bu artıq faktdır ki, insanlar onları ağladan, güldürən, dərindən düşündürən və ya onlarada nostalji hislər yaradan kontentləri daima xatırlayırlar. Hətta insanlarda nifrət və ya ikrah hissi yaradan marketinq kampaniyaları da olduqca yaddaqalandır.
İnsanlara məhsul və ya xidmət deyil, onların hekayəsi maraqlıdır.
Apple şirkəti onlarla məşhur şirkətlərdən yalnızca biridir, lakin bir çox hallarda ilk sırada yer alır. Düşünürsünüz ki, iPhone başqa mobil telefonlardan və ya Mac noutbukları digərlər bütün rəqiblərinin hamısından daha üstün xarakteriskitalara malikdir? Bir çox insanlar Apple brendinə sırf Steve Jobsun yaratdığı imic və individualizmi təbliğ etdiyi üçün üstünlük verir.
Kontent sadə və əlçatan olmalıdır.
Yaradılan marketing məzmunu (Kontent) insanlar tərəfindən asan anlaşılmalı və rahatlıqla yayıla bilməlidir, yəni kontent rahat şəkildə yüklənilə və paylaşıla bilməlidir.
Müxtəlif dövlərdə viral olmuş kampaniyarı araşırdıqda onların yuxarıda sadalanan qaydaların bir çoxuna əməl etdiyini görmək olar. Onlardan ikisini xatırlayaq:
2014-cü ildə viral olmuş “Ice Bucket Challenge” kampaniyasını yəqin ki, bir çoxlarınız xatırlayır. Həmin kompaniyanın məqsədi ALS xəstəliyinə diqqət çəkmək və vəsait toplamaq idi. Bəzi məşhurların (Bill Gates, George W. Bush, Tom Cruise, Mark Zuckerberg və s.) da iştirakı ilə sosial media şəbəkələrində başladılarn kampaniyaya 17 milyon insan cəlb edilmişdir. Beləliklə, əyləncəli xarakter alan kampaniya məşhurların da iştirakı ilə məqsədinə nail ola bilmişdir.
Dove tərəfindən 2013-cü ildə başladılan “Real Beauty Sketches” kampaniyası da qısa müddətdə viral olmağı bacarmışdı. Əsas səbəblərdən biri bu marketing kampaniyasının insanları müsbət mənada təəccübləndirməsi və cəsarətləndirməsi idi. Modellərin iştirakı ilə həyata keçirilən gözəllik və kosmetika brendlərinin reklamları artıq bayağılaşdığı üçün Dove tərəfindən göstərilən təşəbbüs təqdirəlayiq idi. Belə ki, Dove qəlibləşmiş gözəllik stereotiplərini qıraraq qadınların ideal bədən ölçülərinə malik olmadan da gözəl olduğunu təbliğ etməyə çalışırdı. Nəticə olaraq kampaniya sosial mediada böyük rəğbətlə qarşılandı.