Rəqəmsal və ənənəvi marketinq nədir ?
Rəqəmsal Marketinqi yeni adlandırmağın nə qədər doğru olduğu mübahisəlidir, lakin son illərdə daha çox yayıldığına şübhə yoxdur. Ağıllı mobil telefonlar, kompüterlər, planşetlər, rəqəmsal reklam lövhələri kimi interaktiv metodlardan istifadə edərək iş ortaqları və istehlakçılarla əlaqə qurmağı təmin edən rəqəmsal marketinq, markaları, məhsulları və xidmətləri inkişaf etdirən və rəqəmsallaşdırılmış dünyaya inteqrasiya edilə bilən bir üsuldur. Ənənəvi marketinqdən fərqlənən əsas cəhət də budur: Rəqəmsal marketinq rəqəmsal kanallardan istifadə edir, müştəri yönümlü, yenilikçi və müasirdir. Hədəf auditoriyaya geniş seçim və təcrübə təklif edir.
TV, jurnal, radio, qəzet, çap olunmuş bülleten, flyer, broşura və s. ənənəvi marketinq sahəsinə daxil edilmişdir. Sosial media kanalları, e-mail marketinq, veb sayt reklamları, bloglar rəqəmsal marketinqin əsas nümunələridir. Bəzən müəssisələrin marketinq büdcələrini rəqəmsal və ya ənənəvi tərəfdən hazırlamaları məsələsi qarışıqlıq yarada bilir. Lakin əslində rəqəmsal və ənənəvi marketinq bir-birindən ayrılmazdır və hər ikisi üçün yetərli büdcə ayrılmalıdır.
Ənənəvi marketinqin üstünlükləri:
Ənənəvi metodlardan istifadə edərək lokal hədəflərə çatmaq olduqca asandır. Yerli bir radioya və ya bir qəzetə bir reklam yerləşdirərək sizinlə maraqlanacaq bir çox insana çatmaq mümkündür. Bu zaman verilən mesaj daha anlaşıqlı olur çünki mesaj sadə bir televiziya/radio dilində yayımlanır. Həmçinin, ənənəvi mühitdə yayımlanan reklamlar rəqəmsal mühitdəki reklamlardan daha çox xatırlanır.
Ənənəvi Marketinqin Dezavantajları:
Geniş kütlələrə, xüsusən də vizual və ya yazılı medianın ənənəvi marketinq müraciətlərinə üstünlük verildiyi üçün, reklam büdcəsi və reklamın yaradılması xərcləri yüksəkdir. Hər zaman gözlədiyiniz qarşılıqlı əlaqəni əldə edə bilmirsiniz. Televiziya vasitəsilə bir reklam hər evə daxil ola bilər, bəs televizordakı reklamlar nə qədər izlənir? Televiziya reklamları əslində daha çox prestij üçün istifadə olunur və ona görə də bu sahədə böyük markalar üstünlük təşkil edir. Son olaraq, nəticələri ölçmək çətin və hətta mümkünsüzdür, çünki neçə nəfərin reklamınızı görəcəyini təxmin etmək mümkün deyil.
Rəqəmsal marketinqin üstünlükləri:
Rəqəmsal marketinqin bir çox üstünlükləri var: Müştəri davranışlarını təhlil etmək, yeni iş modelləri istehsal etmək, hədəf auditoriyasını ölçmək, 24/7 əlçatan bir mənbə olmaq, rəqabət mühiti yaratmaq və ənənəvi marketinq fəaliyyətlərindən daha sərfəli olmaq. Ənənəvi marketinq daha baha başa gəlir, rəqəmsal marketinq isə daha ucuz qiymətə daha çox insana çatır.
Rəqəmsal marketinq metodları ilə Google və ya müvafiq sosial media kanallarında hədəf auditoriyanızı müəyyən edərək, məhsul və xidmətlərinizi istədiyiniz yaş aralığında və bütün millətlərdən olan insanlara asanlıqla çatdıra bilərsiniz. Bu metoddan istifadə etməklə prosesi asanlaşdıraraq müştərini yormursunuz və müştəri aldığı xidmətdən daha çox razı qalır. Rəqəmsal marketinq mühitində auditoriyanızla daha sürətli ünsiyyət qura bilərsiniz. Başladığınız bir kampaniyadan insanlar çox daha tez xəbərdar olur.
Phygital Marketinq nədir?
Fiziki və rəqəmsal dünyanın bütövlükdə hərəkət etməsinə əsaslanan "Phygital" konsepsiyası, istehlakçıya ən dəqiq və ölçülən şəkildə çatmaq üçün fiziki və rəqəmsal təcrübələri qarışdıran bir marketinq metodu olaraq ortaya çıxır. Rəqəmsal ilə birlikdə fiziki, yəni ənənəvi anlayışdan istifadə etmək son illərin trendlərindən biridir. Maliyyə və bankçılıq, otel, pərakəndə satış və oyun kimi sahələrdə phygital marketinq daha çox istifadə edilir.