Correct Technology
Xidmətlər
Bütün xidmətlər Proqram Təminatı Veb Saytların HazırlanmasıMobil Tətbiqlərin HazırlanmasıVeb Sayt AnaliziERP Sistemlərinin HazırlanmasıCRM Sistemlərinin HazırlanmasıTexniki Dəstək Mühəndislik Xidmətləri PCB dizayn və istehsalıCNC kəsim3D çap və modelləşdirməMəhsul prototipləşdirmə Brendin Tanıdılması SMS Reklamları
Vakansiyalar Bloq Elektronika mağazası Əlaqə
Proqram Təminatı

Veb Sayt Analizi

Veb saytın analiz edilməsi və SEO analizinin aparılması. Daxili və xarici SEO analizinin aparılması

Veb Sayt Analizi

Sayt analizi xidmətimizdən istifadə edərək siz veb saytınızın həm texniki həmdə SEO analizini əldə edə bilərsiniz. Biz veb saytınızı analiz edirik və nəticələri sizə ətraflı şəkildə təqdim edirik. Veb saytın analizini aparmaq üçün google və digər şirkətlərin alətlərindən istifadə edirik. Bu alətlərlə yanaşı saytınıza giriş edən istifadəçilərin saytdakı davranışlarını analiz edərək saytınızdakı olan problemləri aşkara çıxarırıq.

Sayt analizi.

1. Saytın yüklənmə vaxtı.

Veb sayt analizi aparılarkən əsas önəmli nöksanlardan biri veb saytın yüklənmə vaxtıdır. Beləki, yüklənmə vaxtı 2 san-dən gec olan saytlarda istifadəçilərin böyük bir qismi sayt yüklənmədən saytı tərk edirlər. Eyni zamanda siz əgər veb saytınızın axtarış sistemləri sıralamasında yer almağını istəyirsinizsə saytın yüklənmə zamanına ciddi diqqət verməlisiniz. 

2. Saytınızın istifadəçi dostu olması.

Veb saytlarda ən çox rast gəlinən xatalardan biridə saytın istifadəçi dostu olmamasıdır. Veb saytın istifadəçi dostu olması onun responsive dizaynın olması və saytın menularının və xəritəsinin asan və sadə olmasıdır. Saytın istifadəçi dostu olmasını analiz etmək üçün google və başqa şirkətlərin bir çox aləti vardır. 

3. Veb saytın dizaynı. 

Saytınızın dizaynı istifadəçilərinizin saytda qalmasına və diqqət cəlb etmək üçün əsas təsir amillərindəndir. Saytda istifadə olunan rəng tonlarına diqqət edin. Saytın məqsədi və markanızın loqosuna uyğun olan rənglərdən istifadə olunması tövsüyyə olunandır.

Veb saytın SEO analizi.

1. Sayt içi SEO analizi.

Sayt içi SEO analizində biz veb saytınızın HTML kodlaşdırılması, Saytınızdakı məlumatlar, şəkillər və videoların yerləşdirilməsinin düzgünlüyünü yoxlayırıq və yaranmış problemlərin listini hazırlayırıq.

2. Sayt xarici SEO analizi.

Sayt xarici SEO analizində biz saytınıza verilən xarici bağlantıların (backlink) analizini edirik və bu bağlantıları zərərli və zərərsiz olmaqla iki qrupa ayırırıq.

3. Rəqabət analizi.

Təqdim etdiyiniz açar sözlərdə sizin rəqiblərinizin listini çıxarırıq və rəqiblərinizin hazırdakı mövqeləri, sosyal şəbəkədəki səhifələri haqqında sizə ətraflı məlumat təqdim edirik.

Müraciət

Layihənizi müzakirə edək

Qısa məlumat yazın — mütəxəssisimiz 1 iş günü ərzində sizinlə əlaqə saxlayıb pulsuz ilkin qiymətləndirmə verəcək.