Google Trends nədir ?
Google Trends, google üzərində açar sözlərin axtarış miqdarını göstərən pulsuz bir Google xidmətidir. Gün ərzində populyar axtarışları görə bildiyiniz kimi, istədiyiniz açar sözləri axtararaq tarix aralığına görə də statistikaya nəzər sala bilərsiniz. Bundan əlavə Google Trends ökələr üzrə ən çox axtarılan açar sözləri və açar sözlərin şəhərlərdə edilən axtarışlarına görədə statistika təqdim edir. Google Trendsin 2001 -ci ildən günümüzədək hər il ən çox axtarılan açar sözlərin statistikasını təqdim etməkdədir.
Google Trends necə istifadə olunur ?
Google Trends axtarış məlumatlarını yalnız öz axtarış motoru Google.com-dan alır. Bu səbəbdən digər axtarış motorlarında edilən axtarışların statistikasını təmin etmir. Məlumat əldə edərkən trend axtarış sorğularını Google News-dakı xəbərlərin populyar axtarışları ilə uyğunlaşdırır və trend siyahısına əlavə edir. Buna görə, populyar bir axtarış sorğusu varsa və bu axtarış sorğusuna uyğun bir xəbər yoxdursa, Google Trends bu axtarış sorğusunu trendlərdə göstərə bilməz.
Google Trends-dən istifadə etmək üçün linkə daxil olun. Qarşılaşdığınız axtarış qutusuna açar sözü daxil edib "Enter" düyməsinə basmaq kifayət edir.
Elektron ticarət saytınız üçün Google Trends-dən necə faydalana bilərsiniz?
Əgər bir ticarət mağazanız varsa və ya elektron ticarət veb saytınız varsa Google Trends istifadə etmək sizin üçün faydalı ola bilər. Mövsümi məhsullarınızı nə zaman satışa çıxarmanız lazım olduğunu, və ya hansı məhsullar üçün daha çox axtarış edilir kimi məlumatları Google Trendsdən əldə edə bilərsiniz.