E-ticarət hamımızın bildiyi ticarət sisteminin bütövlükdə "online" olaraq idarə edilməsidir.
"Ticarət ruhi ilə, E-Ticarətə başlamaq"
Elektron ticarət, məhsullarınızın rəqabət edə bildiyi, çox müqayisə edə biləcəyi, müştərilər tərəfindən tez-tez təqib edə biləcəyi, məhsullarınızı istədikləri zaman səbətə əlavə edildiyi və bir o qədərdə dərhal cixarıla biləcəyi bir alış prosesidir.
E-Ticarətə başlamazdan öncə bir neçə nəzəri məlumat vermək istəyirik, bunlar E-ticarətin kanalları və mövqeləridir.
- Şaquli E-Ticarət
- Üfüqi E-Ticarət
- Bazar yerləri
- Xaricdə satış əməliyyatı
Burada təyin edəcəyiniz kanal sizin məhsullarınıza, hədəflərinizə, siyasətinizə və sata biləcəyiniz bir çox potensial məhsulumuza görə dəyişəcəkdir. Bunu müəyyən etmək üçün E-Ticarətdə tez-tez istifadə olunan ticarət modellərinə nəzər salaq.
Şaquli E-Ticarət
Şaquli E-Ticarət bir məhsula, bir kateqoriyaya yönəlmiş ixtisaslaşdırılmış proseslərdən ibarət bir ticarət növüdür.Məsələn, "yalnız boyunbağı satan bir marka" barədə düşünə bilərsiniz.Logistika, məhsulları anbarlara yerləşdirmə, satışdan sonra müştəri sadiqliyi, sifariş verərkən görülən işlər, banner idarəsi və məhsul siyahısı kimi bir çox sahədə daha sadə və məhsula yönəldilmiş bir satış strategiyası kimi göstərilə bilər və ya seçim edilə bilər.
Üfüqi E-Ticarət
Üfüqi E-Ticarət modeli bir çox kategoriyadan meydana gələn və hər kategoriyada ayrı bir təcrübə tələb edən bir E-Ticarət modelidir. Bu modeldə əsas olan bir birindən fərqli olan məhsulları bir yerə yigmaqdır. Ancaq çətin tərəflərindən biri də bu qədər çox məhsul kateqoriyası olduğu zaman istənilən məhsul və satış fokusu meydana çıxacaq. Məhsulları və kateqoriyaları vurğulama, yayımlanma və müştəriyə lazım olan ərəfədə satdığı məhsulun növü, forması çox önəmlidir.
Bazarda E-Ticarət
Son zamanlarda elektron ticaretdə çox eşitdiyimiz satış sahələri, xüsusən də sektorda bu alt quruluşu təmin edən markalarlarla əməkdaşlıq edərək E-Ticarətə girmək istəyən markalar üçün bələdçi halına gəldi deyə bilərik. Markanızın və məhsullarınızın kiçik komissiyalar istifadə edərək milyonlarla trafiklə birləşdirmə imkanıniz ola bilər.
Elektron ixrac
Şübhəsiz ki, E-Ticarətin gəldiyi ən yaxşı nöqtələrdən biridir. Təsəffür edin Azərbaycanda gözəl bir məhsul istehsal edirsiniz və xarici satış marketingi vasitəsilə məhsullarıniz bir anda dünyanın çox fərqli yerində xarici valyuta ilə satılaraq həm ölkəmizə həm də öz qazancımıza çox yaxşı təsir edə bilər.
Satışa açılış etmək istəyən markalarımız üçün tövsiyyələrimiz olacaq.
- Rəqabət təhlili,
- Göndərmə xərcləri ,
- Məhsul açıqlamaları
Bu üç maddəyə tam hazır deyilsək, heçvaxt satışa keçməyinizi tövsiyyə etmirik. Satış bazarında , xüsusəndə E-Ticarət vərdişi çox yüksək olan müştəri seqmantasiyası, məhsullarınızı birbaşa qiymət yönümlü bir perspektivlə araşdıracaq. Nəticə olaraq, tamamlanmayan bu 3 maddə, məhsullarınızın satılmasını imkansız edə bilər.
Edilən araşdırmalara görə, alış niyyəti olan hər 1000 nəfərdən ortalama 22-si satışa çevrilir. Məhsul almaq niyyəti olan bu kütlə sizin mükəmməl iş görməyinizi gözləyər:
- Sürətli sayt,
- Etibarlı təsurat,
- Axtardığını tapmaq,
- Asan üzv olmaq,
- Sevindirici göndərmə(kargo) qitmətləri,
- Geniş ödəmə sistemi,
- Sürətli çatdırılma.
Budur, tətbiq edilməsi lazım olan maddələri bu formada sıralamaq olar. E-Ticarətdə ən əsas ehtiyac, qarşı tərəfi hissetdiyinizi göstərməkdir. Bu sadiqliyi artiracağı üçün asanlıqla satışa çevrilə bilər. Eyni zamanda markanız üçün davamlı olaraq özünüzü inkişaf etdirməlisiniz. Çünki rəqəmsal dünyada 2 saat əvvəl belə çox gec ola bilər. Bu səbəbdən təxirə salma və sonra yenidən qiymətləndirmə kimi mövzulara girdiyinizdə, trend dediyimiz sürətli dəyişikliyin çox gerisində qala bilərsiniz.