COO “Chief Operating Officer” sözünün qısaldılmış formasıdır. Bu söz tez-tez CEO ilə qarışdırılır. CEO Azərbaycan dilində İcraçı direktor mənasını verir. İcraçı direktor şirkətin rəhbəri və əsas aparıcı mövqe tutan işçisidir. Zaman keçdikcə şirkətlərin kapital və səhmdarlar tərəfindən böyüməsilə daha konkret iş tapşırıqları olan işçilərə müraicət etmək zərurəti yaranmışdır. Nəticədə COO yaranmışdır.
Bəs COO kimdir?
COO şirkətlərdə CEO dan sonra gələn ən nüfuzlu şəxsdir. İngilizcə açılışı Chief Operating Officer olan COO-nun Azərbaycan dilində qarşılığı “əməliyyatlar üzrə baş direktor “, əməliyyatdan məsul olan rəhbər şəxs mənalarını ifadə edir. Şirkətlər böyüdükcə və genişləndikcə CEO nun iş yükünü azaltmaq məqsədilə COO vəzifəsi ortaya çıxmışdır. CEO şirkətin gələcəyini planlayan şəxs olduğu halda COO isə şirkətin gündəlik işini idarə etməkdən məsuldur. Həmçinin şirkət daxilində olan bütün fəaliyyətləri izləyərək yönləndirən şəxsdir. Eyni zamanda CEO tərəfindən verilən təlimatların yerinə yetirilməsi və idarə heyətinə hesabat şəklində verilməsi işlərini də göür. Kariyera yolunda CEO-nun varisi olaraq da bilinir. Nümunə üçün, 2011-ci ildə Applenin CEO-su olan Tim Cookun əvvəlki vəzifəsi COO idi.
COO-nun vəzifələri nədir ?
Əməliyyatlar üzrə direktorun görəcəyi işlər şirkətin və onun fəaliyyət göstərdiyi sektorun ölçüsündən asılı olaraq dəyişir. Ümumiyyətlə, əməliyyatlar üzrə direktor bütün təchizat , istehsal və logistika proseslərini yerinə yetirir. Onun bütün işləri CEO ilə birbaşa əlaqədadır. Məsələn, CEO ABŞ prezidenti vəzifəsi yerində olarkən, COO prezident köməkçisi vəzifəsindədir.
COO-nun vəzifələri:
- CEO-nun yoxluğunda onu əvəz edir ;
- Şirkətin büdcəsini idarə edir ;
- Təchizat zəncirini idarə edir və nəzarət edir ;
- CEO-nun hazırladığı illik strartegiya çərçivəsində iş planının qurulmasında dəstək olur ;
- İş proseslərinin yaxşılaşdırılması və məhsuldarlığı artırmaq üçün məsuliyyət daşıyır ;
- İstehsal edilən məhsulların keyfiyyətini yoxlayır ;
- İstehsal olunan məhsulların təkmilləşdirilməsində mühüm rol oynayır ;
- İş yerindəki təhlükəsizliyin təmin olunmasından məsuldur ;
- İşçilərin məhsuldar olmasını və inkişafını dəstəkləyir ;
COO olmaq üçün nə lazımdır ?
COO sahəsində işləmək istəyən şəxslər 4 illik biznes, iqtisadiyyat, mühəndislik kimi ixtisas sahələrini bitirməlidir. Şirkətlərdə uzun müddət işləyərək təcrübə və biliyini artırıb bu vəzifəni icra etmək yolunda irəliləyə bilər.
COO olmaq üçün lazım olan xüsusiyyətlər :
COO-lar həm idarə heyətinə görə məsuliyyət daşıyır, həm də özünə aid olan çoxlu sayda işçiyə sahibdir. İşçilərin səmərəliliyi, şöbələrin koordinasiyası, şirkətin problemsiz bir şəkildə işləməsi məhz əməliyyat üzrə direktorun məsuliyyətindədir. Bir COO-nun sahib olduğu keyfiyyətlər aşağıdakılardır :
- Gələcəyi planlaşdıraraq bu günün işini heç bir əngəl olmadan idarə edə bilmə təcrübəsinə malik olmalı ;
- Səlis İngiliscə danışa bilməli ;
- Praktiki düşünmə və çox saylı baxış bucağına sahib olmalı ;
- Bölümləri uyğun şəkildə idarə etmək və komanda işinə rəhbərlik etməyi bacarmalı ;
- Özünü daimi inkişaf etdirməli və yeniliklərdən xəbərdar olmalı ;
- Tez-tez səyahət edəcəyini göz önünə alaraq yaşam tərzi sürməli ;
- Gərgin və çevik iş saatlarına dayanıqlı olmalı.