Marketinqde 4P strategiyası
Marketinq sadəcə olaraq “doğru məhsulu doğru yerdə, doğru qiymətdə və doğru zamanda " qoymaq kimi müəyyən olunur.
Marketinq anlayışının arxasında məhsul və xidmət, onun qiyməti, tanıdılması, paylanması və qısaca olaraq, "Marketinq Mix" və ya "Four ps" durur. Marketinqlə bağlı çoxsaylı araşdırmalar, nəzəriyyələr, konsepsiyalar olmuşdur ki, onlardan biri də Neil Bordenin irəli sürdüyü 12 anlayış olmuşdur. Bunlar - Məhsul planlama, Qiymətləndirmə, Markalandırma, Paylaşdırma kanalı, Fərdi satış, Reklam, Təqdimat, Paketləmə, Nümayişlər, Xidmət vermək, İnsan əməyi, Analiz. Daha sonra 1962-ci ildə Cerry McCarthy bu anlayışları sadələşdirərək 4P konsepsiyasının əsasını qoydu. Konsepsiyanın adını isə aşağıda qeyd edilən anlayışların baş hərfləri təşkil edir.
Marketinq mixin yəni marketinq qarışığının istifadəsi doğru məhsulun doğru yerdə olmasını təmin edir. Marketinq mixi ( qarışığı) məhsulun və ya xidmətin nə təklif edə biləcəyini və məhsulun təklifini necə uğurla planlaşdırdığını başa düşməyə kömək edən mühüm bir vasitədir. Marketinq mix 4P vasitəsilə həyata keçirilir. Bunlardır:
1. Product - Məhsul
2. Price - Qiymət
3. Place/Placement - Satış məkanı/Satış kanalı
4. Promotion - Təqdimat
PRODUCT - Marketinq strategiyasında ilk yerdə Məhsul dayanır. Məhsul, müəyyən bir müştərinin ehtiyacını və ya tələbini qarşılayan maddi bir mal və ya maddi olmayan bir xidmətdir. Məhsullar dövrün tələblərinə, ehtiyaclarına, insanların marağına uyğun olaraq istehsal edilir. İstehsaldan sonra təklif olunan məhsulun xüsusiyyətləri, faydaları unikal bir satış prosesində alıcılara çatdırılır. Eyni zamanda, məhsulun potensial alıcıları da əvvəlcədən müəyyənləşdirilir.
PRİCE - Məhsul hazır olduqdan sonra qiymət müəyyən olunur. Bir məhsulun qiyməti onun necə satılacağına təsir edir. Məhsulun qiyməti elə qoyulmalıdır ki, onun dəyərini nə çox yüksək, nə də çox aşağı göstərməsin. Belə olduğu halda, məhsulu satmaq qeyri-mümkün olacaqdır. Buna görə də, qiyməti bazarda araşdırma və rəqiblərinin təklif etdiyi qiymətləri öyrənəndən sonra planlı bir şəkildə nümayiş etdirməkdir.
PROMOTİON - Marketinq kommunikasiya strategiyaları və texnikaları Təqdimat başlığında yer alır. Bunlara reklam, satışın situmullaşdırılması, xüsusi təkliflər , ictimaiyyətlə əlaqələr daxil ola bilər. İstifadə edilən vasitə nə olur olsun, məhsul, qiymət və sonuncu istifadəçiyə uyğun olmalıdır. Marketinq və təqdimat arasındakı fərqi bilmək isə zəruridir. Promotion sadəcə marketinq funksiyalarının kommunikativ aspektidir.
Place - Yer və ya yerləşdirmə məhsulun müştəriyə necə verilməsi ilə bağlıdır. Satış məkanı və satış kanalı dedikdə məhsulun satıldığı yer, platforma nəzərdə tutulur. Müştərilər üçün mərkəz yerin seçilməsi həm xərclərə, həm də vaxta qənaət baxımından əlverişlidir.