3d Secure Sistemi e-ticarət saytları üzərindən alış-veriş edən və satışda olan şəxslərin ödəniş təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılmış olan bir sistemdir. Yaradılan xüsusi bir təhlükəsizlik təminatı sayəsində ödəmə ekranına kart məlumatları daxil olduqdan sonra kart sahibinin mobil telefonuna göndərilən təsdiq kodunun daxil edilməsinin lazım olduğu fərqli bir ekran daha açılır. Yalnız kart sahibinə çatdırılan qısa mesaj təsdiq kodu ekrana girdikdən sonra ödəmə razılığı alınmaqla sifariş tamamlanır. Günümüzdə bir çox prosesin yanında ödəniş həyata keçirilən məkanda qeydə alınır. Bu sayədə dələduzluğu qarşısını alan və təhlükəsizlik təmin edən bir sistemin varlığı zərurət halına gəlmişdir. 3d secure sistemi sayəsində internet satışları artıb, kart istifadə daha da genişlənmişdir.
3d Secure nə mənaya gəlir?
3d Securenin Azərbaycanca mənası üç ölçülü təhlükəsizlik sistemi mənasına gəlir. Bununla isə bank, alıcı və satıcı olmaq üzrə ödəmə prosesinə daxil olan üç tərəf nəzərdə tutulur. Sözügedən üç tərəf arasında təhlükəsizlik şifrələnir və ya xüsusi təhlükəsizlik açarları sayəsində qorunur. Bu sistem sayəsində İnternet üzərindən aparılan ödəmə kart sahibinin telefonuna gələn qısa mesaj təsdiq kodu olmadan mümkün deyildir. Beləliklə kart sahibinin razılığı və xəbəri olmadan kartından ödəniş çəkilməsi mümkün deyildir.
3d Secure sistemi Visa ilə Mastercard tərəfindən tanınan bir infrastruktura malikdir. Bu təhlükəsizlik sistemi ilk olaraq dünyanın ən böyük kart təchizatçıları arasında yer alan Visa tərəfindən inkişaf etdirilmişdir. Daha sonra Mastercard da 3d secure sistemini dəstəkləmişdir. Ölkəmizdə isə bir çox bankların istifadə etdiyi bir təhlükəsizlik sistemidir. E-ticarət saytına malik olan bir şirkət bankda əvvəlcə 3d secure sisteminə qeydiyyatdan keçir. Sonra bank tərəfindən dəsdəklənən program təminatı quraşdırılır. Beləliklə, internet istifadəçilərinin inamla ödəmələr aparmasına imkan verən sistem qurulmuş olur.
3d Secure sistemindən istifadə səbəbi nədir?
E-ticarət saytı üzərindən 3d secure təhlükəsizlik sistemi istifadə edilərək ödəmə edildikdə ödəmə prosesi yalnız sms ilə bildirilən təsdiq kodu ilə tamamlanır. Bu sayədə itmiş və ya oğurlanmış kartdan istifadə edilməsinin qarşısını alır.
3d Secure sisteminin kart sahibinə faydaları nələrdir?
- 3d secure sistemi sayəsində internet üzərindən edilən ödəmələrdə kart məlumatları qorunur. Asanlıqla sistemə qeydiyyat aparılır.
- 3d secure sayəsində kart şifrəsi, şəxsi təhlükəsizlik sualının məxfiliyi qorunur.
- 3d secure xüsusi bir təhlükəsizlik sistemi olduğu üçün kart sahibindən başka digər şəxslər istifadə edə bilməzlər.